ABŞ səfirliyinin Laçındakı məntəqə ilə bağlı paylaşımı TƏNQİD OLUNDU
2023-04-24 16:17:00

ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial mediadakı paylaşımı birmənalı qarşılanmayıb.
Hurriyyet.az xəbər verir ki, səfirlik paylaşımında Azərbaycanın Laçın yolunun başlanğıcında nəzarət məntəqəsi qurmasından təəssüfləndiyini bildirib.
Paylaşım ciddi etirazla qarşılanıb.
Bir sıra tanınmışlar rəy yazaraq bildiriblər ki, oxşar şeyi biz də tələb edirik - Meksika ilə sərhədi açın, insanlar sərbəst şəkildə gedib-gəlsinlər.
Qeyd edək ki, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bizim.Media
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya