ABŞ Səfirliyindən erməni hərbçilərin qaytarılmasına REAKSİYA

2022-09-09 10:56:00

ABŞ Səfirliyindən erməni hərbçilərin qaytarılmasına REAKSİYA

ABŞ-ın Azərbaycandakı Səfirliyi 5 Ermənistan hərbçisinin öz ölkəsinə təhvil verilməsinə münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.

Səfirlik ötən gün baş tutan təhvilvermə prosesini alqışladığını açıqlayıb:

“Bunu Ermənistan və Azərbaycanın sülh prosesi üçün müsbət hal kimi dəyərləndiririk. Ümid edirik ki, Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya 5 nəfər Ermənistan hərbçisinin Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verdiyini açıqlayıb. Bunlar Aqramanyan Martin Muşeqoviç, Gevorkyan Aşot Artakoviç, Qriqoryan Feliks Arşakoviç, Manukyan Varazdat Amuşavan və Hovsepyan Edik Tiqranidir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056660