ABŞ səfirinə yeni müavin təyin edilib
2022-07-26 23:11:00

ABŞ-ın Azərbaycandakı səfiliyində yeni təyinat olub.
Bu barədə səfirlik məlumat yayıb.
"Bizim ilə birgə hazırda ABŞ-ın Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərən ABŞ səfirinin yeni müavini Hüqo Gevaranı səmimi salamlayın. Hüqonun Dövlət Departamentində böyük təcrübəsi var və son zamanda tutduğu vəzifələrdən biri ABŞ-ın Qvatemala şəhərindəki səfirliyində Qvatemala hökuməti ilə təhlükəsizlik və qanunun aliliyi sahəsində əməkdaşlıgin inkişafı və irəliləməsi olub. Hazırkı işinə başlamazdan əvvəl Hüqo Vaşinqtonda Azərbaycan dilini öyrənib, ona görə də öz salamlama mesajlarınızı Azərbaycan dilində yaza bilərsiniz!", - məlumatda deyilir. \\Metbuat
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya