ABŞ səfiri Türkiyə XİN-ə çağrıldı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ankara Vaşinqtondan ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin 4 mart tarixində Suriyaya səfəri ilə əlaqədar izahat verməyi tələb edib. Bu səbəbdən ABŞ-ın Ankaradakı səfiri Ceff Fleyk martın 6-da Türkiyə XİN-ə çağrılıb.
Ankaradakı diplomatik mənbələrin verdiyi xəbərə görə, Amerika rəsmilərindən Mark Millinin Suriyanın şimal-şərqinə səfəri barəsində açıqlama vermək tələb edilib. Pentaqon təmsilçisi səfər çərçivəsində PKK/YPG terror təşklatının Suriya qanadının nəzarəti altında olan rayonlarda səfərdə olub.
“Anadolu Agentliyi”nin ABŞ Qərargahları Rəisləri Komitəsinin spikeri polkovnik Deyv Batlerdən aldığı məlumata görə, “general Milli Amerika hərbçilərinin Suriyanın şimalındakı yerləşmə məntəqələrinə səfər edib. Milli missiyanın İŞİD terrorçuları ilə mübarizəsi barəsindəki son məlumatları alıb, ABŞ qüvvələrinin təhlükəsizlik sistemi ilə tanış olub, Suriyadakı “Əl Holl” düşərgəsində saxlanılan şəxslərin qaytarılması ilə bağlı atılan addımları qiymətləndirib”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya