Saat:04:33
Haqqımızda

ABŞ səfiri həbsdə olan jurnalist və siyasətçilərin yaxınları ilə görüşüb

2024-05-08 13:02:12

ABŞ səfiri həbsdə olan jurnalist və siyasətçilərin yaxınları ilə görüşüb

Amerikanın Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan jurnalist və siyasətçilərin yaxınları ilə görüşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Səfirliyinin rəsmi sosial media hesablarında məlumat dərc olunub.

“Səfir Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə görüşərək, onların vəziyyətini müzakirə edib. Birləşmiş Ştatlar qətiyyətlə inanır ki, müstəqil vətəndaş cəmiyyəti fəal və məsuliyyətli cəmiyyətin ayrılmaz hissəsidir və haqsız yerə həbs edilənlər cəmiyyətdəki mühüm işlərini davam etdirə bilmələri üçün azad edilməlidir”.

Yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.248840