ABŞ səfiri Finlandiya ilə İsveçin nə zaman NATO üzvü olacaqlarını söylədi

2022-09-23 13:14:00

ABŞ səfiri Finlandiya ilə İsveçin nə zaman NATO üzvü olacaqlarını söylədi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ-ın Finlandiyadakı səfiri Duqlas Hiki 2022-ci ilin sonuna qədər Finlandiya ilə İsveçin NATO-nun rəsmi üzvləri olacağını bildirib. Bu barədə xəbəri “Politiko” (Politico) nəşri yayıb. Nəşrin yazdığına görə, Hiki bu məsələdə nikbin olduğunu və ilin sonuna qədər NATO ittifaqının üzvlərinin sayının 32-yə çatacağını deyib.

İsveç ilə Finlandiyanın NATO-ya daxil olması qərarını son 3 dövlət də imzalamalıdır. NATO üzvlərindən yalnız Slovakiya, Macarıstan və Türkiyə məsələ ilə bağlı razılıqlarını bildirməyiblər.
Amerika səfirinin zənnincə, digər iki dövlət müsbət cavab verərlərsə, Türkiyə Prezidenti R.T.Ərdoğan da tək qalmaq istəməyəcək və beləliklə, məsələni qısa müddət ərzində həll edəcək.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055951