Saat:03:56
Haqqımızda

"ABŞ Rusiyanın qəfil məğlubiyyətini istəmir, bunu yavaş-yavaş edəcək" - ELDƏNİZ ƏMİROV

2024-04-24 13:22:58

"Çünki sürətli məğlubiyyət Avrasiya materikində ciddi boşluqlar yarada bilər və qısa zamanda bu boşluqları ABŞ doldura bilməz, əvəzində bu boşluqları Çin, Fransa, Türkiyə doldura bilər"

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən, 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib.

İqtisadçı ekspert bildirib ki, hazırda hərbi xərclər kəskin artaraq 40 milyard dolları keçib, amma bu pul Ukrayna üçün ən azı daha bir il müharibə üçün bəs edəcək: "Hələ nəzərə alaq ki, ABŞ Ukraynaya ilk dəfə uzunmənzilli “ATACMS” raketlərini və ya taktiki raket sistemlərini göndərilməsilə də bağlı razılıq verib. “Amerikanın artıq Ukraynaya xərcləməyə pulu yoxdur, Ukrayna tək buraxılacaq” deyən yoldaşlara dəfələrlə bildirmişdim, hətta bununla bağlı kifayət qədər mətbuatda da açıqlamalarım olub ki, ABŞ heç bir halda Rusiyanın qələbəsinə imkan verməyək. Hər il təkcə hərbiyə 1 trilyon dollar (916 milyard dollar hərbi büdcə) pul xərcləyən bir ölkə üçün Ukraynanın müharibəni davam etdirməsi üçün vəsait ayırması problem olmayacaq. Sadəcə, ABŞ Rusiyanın qəfil məğlubiyyətini istəmir. O bunu yavaş-yavaş edəcək. Çünki sürətli məğlubiyyət Avrasiya materikində ciddi boşluqlar yarada bilər və qısa zamanda bu boşluqları ABŞ doldura bilməz, əvəzində bu boşluqları Çin, Fransa, Türkiyə doldura bilər. Ona görə də Rusiyanın iqtisadi-siyasi köçüşü o qədər asta olmalıdır ki, Rusiyasızlığın yaratdığı boşluqları ABŞ və daha yaxın müttəfiqləri doldura bilsin. Həm də tədricən baş verən “köçmə” prosesi daha ağrılı olur və dirçəliş üçün ən yaxşı halda 30-40 il lazım gəlir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190323