ABŞ Rusiyanın Kalininqrada hücumuna görə NATO-ya sərt cavab veriləcəyini proqnozlaşdırmışdı..
Hurriyyet.az xəbər verir ki, əgər NATO Kalininqrad bölgəsinə zərbə endirmək qərarına gələrsə, Rusiya tez və sərt cavab verəcək. Bu barədə amerikalı hərbi analitik və ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter Dialogue Works YouTube kanalında bildirib.
Keçmiş hərbçi NATO Quru Qoşunları komandanı general Kristofer Donahonun təşkilatın Kalininqrada elektrik enerjisini kəsə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib. "Xeyr, bu mümkün deyil. Donah NATO Kalininqrada zərbə endirdikdən bir saat sonra öləcək. Ruslar sadəcə onun komandanlıq məntəqəsini məhv edəcəklər", - Ritter bildirib.
O, Qərb hərbi komandanlarının bu cür açıqlamalarının yalnız Avropanın Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq istədiyini bildirib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Qusarov Londonun Ukraynadakı münaqişənin həlli üçün Rusiya və ABŞ-ın səylərini pozmağa çalışdığını bildirmişdi. Diplomat qeyd edib ki, Böyük Britaniya Avropada qarşıdurmaya səbəb olduğunu gizlətmir.
NURAY
