Saat:09:36
Haqqımızda

ABŞ Rusiyanın canlı qüvvə itkisini açıqladı - Şok rəqəm

2022-08-12 14:44:00

ABŞ Rusiyanın canlı qüvvə itkisini açıqladı - Şok rəqəm

Rusiyanın Ukraynadakı gündəlik canlı qüvvə itkisi 500 nəfər təşkil edir.

Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, şərq cəbhəsində Rusiya hərbçilərinin hərəkət tempi ABŞ-ın reaktiv yaylım atəş sistemlərinin gəlməsi ilə daha da səngiyib və bu, Ukrayna qoşunlarına bəzi əraziləri geri qaytarmağa imkan verib.

“Rusların altı aydan az müddətdə 70-80 min itki verdiyini əminliklə demək olar. Onlar son bir neçə həftə ərzində çox olmasa da, şərqdə müəyyən irəliləyiş əldə ediblər, lakin bu, Ukrayna ordusunun nə qədər yaxşı döyüşdüyünü göstərir və aldıqları yardıma görə Rusiya ordusuna çox baha başa gəlib”, - qəzet ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavininə istinadla qeyd edib.

Nəşr iki amerikalı məmura istinadla yazıb ki, itkilərin 20 minini ölənlər, qalanını yaralılar təşkil edir. Ölənlər arasında “Vaqner” muzdlularının sayı 5 mindir.

axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR