ABŞ rusiyalı sülhməramlıların Azərbaycanda fəaliyyət möhlətinin bitməsini gözləyir – “O zaman bizimlə əməkdaşlıq edə bilərlər”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O.Brayen Qarabağdakı rusiyalı sülhməramlılara əvəz tapmaq lazım olduğunu bəyan edib: “Əgər bu ölkələr (Ermənistan ilə Azərbaycan) üçün alternativ varsa, rusiyalı sülhməramlıların iştirakı daha lazım olmayacaq. Onlar artıq sülhməramlı kimi öz vəzifələrini yerinə yetirə bilməyiblər”.
Xəbər verdiyimiz kimi, noyabrın 15-də ABŞ Konqresinin Beynəlxalq Münasibətlər Komitəsində “Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilib. ABŞ dövlət katibinin köməkçisi Ceyms O.Brayen Konqresdə çıxış edib.
O.Brayenin sözlərinə görə, ilyarım sonra, möhlət bitən zaman rusiyalı sülhməramlılar regionu tərk eləməlidirlər.
O deyib: “Ən yaxşı yanaşma – hər iki tərəfə alternativ təqdim eləməkdir – yəni, bizimlə və Qərblə əməkdaşlıq”.
Onun sözlərinə görə, rusiyalı sülhməramlıların Qarabağdakı beşillik xidmət müddəti bitdikdən sonra ABŞ onların Azərbaycan ərazisindən çıxarılması üçün daha sabit yol tapmalıdır: “Biz beşillik fəaliyyət müddəti bitəndən sonra rusiyalı sülhməramlıların çıxarılması üçün daha stabil yol tapmalıyıq. Biz bunu yalnız sülh müqavilsində dərindən daxil olduğumuz zaman edə bilərik. Biz kənarda qalsaq, Rusiya sərhədə nəzarət eləməyə davam edəcək”.
Hürr Tərcüman
