ABŞ Rusiyadan sülhməramlıları Qarabağdan geri çəkməsini tələb edir

2021-07-19 15:10:00

ABŞ Rusiyadan sülhməramlıları Qarabağdan geri çəkməsini tələb edir

Bu barədə “Zartnir” erməni teleqram kanalı iddia edir.

Diqqət etdiyiniz kimi, Avropa və ABŞ son günlərdə çox fəallaşdılar. Hər şey çox mürəkkəbdir: hazırda Rusiyaya Qərbdən güclü təzyiq var, xüsusən də Putin və Bayden arasındakı görüşün bəzi detalları açıqlandıqdan sonra, Vaşinqtonun Moskva ilə çox sərt və möhkəm oynadığı qənaətinə gəlmək olar. Qarabağdakı rus sülhməramlıları məsələsində də təzyiq var. Digər tərəfdən, Donbass, Krım və Suriya hadisələrinə görə də təzyiq və birbaşa qarşıdurma təhlükəsi var.

Kanalın iddialarına əsasən, tezliklə Rusiya Federasiyasının sülhməramlı qüvvələri Qarabağdan, ardınca da 102-ci baza Gümrüdən çıxarılacaq və orada olan personal və silahlar üç hissəyə bölünəcək. Əsas kontingent Rusiya Federasiyasının Qərbi hərbi dairəsinə, digər hissəsi sərhədləri Talibandan qorumaq üçün Tacikistana, üçüncü hissəsi isə Suriyaya gedəcək.

Ehtimallara görə, bu 2021-ci ilin sonuna qədər üç səbəbdən baş verəcək:

1) Ermənistan və Azərbaycan rus sülhməramlılarının çıxarılmasının əleyhinə deyillər,

2) Qərb Cəbhəsi və Suriya Rusiya üçün daha yüksək strateji əhəmiyyətə malikdir,

3) Rusiya Federasiyası müqavimət göstərərsə, Qərbdən yeni sanksiya paketi gələ bilər.

Teleqram kanalın iddiasına görə, Rusiya Qarabağla bağlı məsələləri Fransa ilə müzakirə etməyə başlayıb və fransızların Mərkəzi Afrikada ruslara güzəşt edərək, hətta müəyyən razılaşmalara gedərək rus sülhməramlılarını əvəz etməsi ehtimalı yüksəkdir.

Hazırladı: Ülviyyə şükürova