ABŞ Rusiya və Çini NATO-nun parçalanmasına çalışmaqda ittiham edib

2022-12-20 21:48:00

ABŞ Rusiya və Çini NATO-nun parçalanmasına çalışmaqda ittiham edib

ABŞ-ın NATO-dakı səfiri Juliann Smit Rusiya Federasiyası və Çin Xalq Respublikasını Qərb siyasi-hərbi blokunun üzvlərini zəiflətməyə yönəlmiş bir sıra strategiyalar mübadiləsində ittiham edib və Qərb paytaxtlarını Moskva və Pekinə qarşı müdafiə səylərini aktivləşdirmək səylərinə çağırıb. Bu barədə "Financial Times" yazır.
"Bu ikisi (Rusiya və Çin) getdikcə daha çox NATO-nu narahat etməli olan vasitələr paylaşır", deyə Amerikanın NATO-dakı səfiri öz nöqteyi-nəzərini bölüşərək, digər məsələlərlə yanaşı, enerji təchizatı və ölkənin kiberməkan təhlükəsizliyi ilə bağlı təhdidlərə də işarə edib.
Smitin sözlərinə görə, şübhəsiz ki, Moskva və Pekin NATO tərəfdaşlarını “parçalamaq” üzərində işləyir.
Yəni əgər NATO başqa ölkələrin qayıqlarını yelləməyi xoşlayırsa, bunun müqabilində alyansın qayığını silkələmək olar.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.185658