ABŞ-Rusiya danışıqları başlandı
2025-02-18 12:26:45

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətlərinin danışıqları başlanıb. İki ölkə arasındakı münasibətlərin gərgin olduğu bir neçə ildən sonra keçirilən görüşdən ilk kadrları Rusiyada "Rossiya-24" kanalı göstərib.
Xəbər verdiyimiz kimi, Rusiyanı XİN rəhbəri Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov və Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kirill Dmitriyev təmsil edir.
ABŞ heyətinə dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff daxildirlər.
Hürr Tərcüman
