Saat:04:03
Haqqımızda

ABŞ rus gəmilərini vura bilən raketlər göndərdi – Şok plan

2022-05-24 13:53:00

ABŞ rus gəmilərini vura bilən raketlər göndərdi – Şok plan

Böyük Britaniya Ukrayna taxılının daşınmasını həyata keçirən vasitələri müşayiət etmək üçün hərbi gəmilər göndərməyə hazırdır. Britaniyanın təşəbbüsünə qoşulacaq müxtəlif ölkələrin koalisiyasının yaradılması üçün artıq danışıqlar aparılır.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniya Qara dənizə hərbi gəmilər göndərmək üçün müttəfiqlərlə danışıqlar aparır. Bu gəmilər Ukrayna taxılını daşıyan yük gəmilərini qoruya biləcək.

“Koalisiya bir neçə həftə ərzində Odessadan İstanbul boğazı vasitəsilə mühafizə dəhlizi təmin etməklə Rusiya blokadasını yarmağa çalışacaq”, - məlumatda qeyd olunub.

Bildirilir ki, artıq qlobal ərzaq böhranının qarşısını almaq üçün vaxtın tükəndiyi ilə bağlı qorxular var. Nəşrin məlumatına görə, ABŞ Rusiya gəmilərini məhv etmək üçün uzaqmənzilli raketlər göndərdiyini bəyan edib.

“Britaniya xarici işlər naziri Liz Trassla dəhliz məsələsini müzakirə edən Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, koalisiyaya bəzi NATO üzvləri və taxı idxalından asılı olan ölkələr daxil ola bilər. Hazırda buğda qıtlığından əziyyət çəkən Misirin bu koalisiyaya qoşula biləcəyi güman edilir”, - qəzet bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR