ABŞ rəsmisinin Tayvana gəlişindən sonra Çin ordusu hərəkətə keçdi

2022-08-02 21:40:00

ABŞ rəsmisinin Tayvana gəlişindən sonra Çin ordusu hərəkətə keçdi

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının başçısı Nensi Pelosinin Tayvana səfərinin ardından Çin Xalq Qurtuluş Ordusu 4-7 avqust tarixləri arasında Tayvanı əhatə edən 6 bölgədə təlimlər keçirəcəyini açıqlayıb.  Təhlükəsizlik tədbiri olaraq, təlimlərin keçiriləcəyi bölgələrə gəmilərin və təyyarələrin daxil olması qadağan edilib.

Pelosi və onunla gələn heyəti daşıyan təyyarə Tayvanın paytaxtı Taybeydəki hava limanına yerli vaxtla 22.43-də enib, Pelosini Tayvanın Xarici İşlər naziri Cozef Vu, Amerika İnsitutunun başçısı Sandra Oudkirk və digər vəzifəli şəxslər qarşılayıb. Pelosinin sabah Tayvanın dövlət başçısı Çay İnvenlə görüşü gözlənilir.

Çin Pelosinin Tayvana səfərini öz ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qəbul edir. Bu barədə məlumat Çin XİN-in bəyanatında verilib.

 

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.099021