ABŞ rəsmisindən maraqlı addım: İranlı məhbusların ailələri ilə görüş keçirildi

2022-12-14 12:58:00

ABŞ rəsmisindən maraqlı addım: İranlı məhbusların ailələri ilə görüş keçirildi

Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan iranlı məhbusların ailələri ilə görüşüb və rejimin azadlıqsevərə qarşı həbsləri davam etdirməsini pisləyərək mətbuat konfransında deyib:

“Namazilər ailəsi ilə görüşmək imkanım oldu. Murad Tahbazın ailəsi ilə tanış olmaq fürsətim olub və yaxın bir neçə gün ərzində Emad Şərqinin ailəsi ilə tanış olmaq imkanım olacaq. Buna görə də Zoom proqramı, üz-üzə görüşlər və telefon danışıqları vasitəsilə mən İranda ailə üzvlərinin ədalətsiz və qanunsuz həbsindən şəxsən hiddətlənən bir çox insanlarla əlaqə saxladım. 
Bu, mənim milli təhlükəsizlik müşaviri kimi əlaqəli olduğum məsələdir. 
Mən onlarla, hətta yüzlərlə saatlarımı bu işlərə sərf etmişəm, bu ailələrlə görüşmüşəm və bu işi yenə davam etdirəcəyəm”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.153227