ABŞ rəsmisi Ned Prays: “NATO-nun açıq qapı siyasəti açıq qapılar deməkdir, bu bizim üçün vacibdir və müzakirə oluna bilməz”

2022-05-12 12:20:00

ABŞ rəsmisi Ned Prays: “NATO-nun açıq qapı siyasəti açıq qapılar deməkdir, bu bizim üçün vacibdir və müzakirə oluna bilməz”

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib: “NATO-nun açıq qapı siyasəti açıq qapılar deməkdir, bu bizim üçün vacibdir və müzakirə oluna bilməz”.
Bir media nümayəndəsinin ABŞ-ın Rusiyaya sülh təklifi təklif etməkdən ötrü NATO-nun Ukrayna və Gürcüstan hesabına genişlənməsindən imtina edib-etməyəcəyi sualına Dövlət Departamentinin sözçüsü deyib ki, Rusiya Ukraynada müharibəyə Vaşinqtonun təkliflərinə cavab verməyəcək şəkildə başlayıb.
“Bunlar iki fərqli sualdır. Vladimir Putin bu müharibəyə başlamaq qərarına gəlməzdən əvvəl biz çox açıq şəkildə bildirdik ki, biz Rusiyanın masaya gətirdiyi bəzi məsələləri müzakirə etməyə hazırıq və Moskvanın bəzi problemlərini həll etməyə, eləcə də ABŞ və bizim avropalı tərəfdaşlarımızın, Avroatlantik müttəfiqlərimizin təhlükəsizliyinə töhfə verəcək konkret addımlar atılıb, konkret müzakirələr aparılıb. Təbii ki, Rusiya bundan imtina etdi. NATO-ya gəldikdə, biz çox aydın çatdırırıq ki, NATO-nun açıq qapıları açıq qapılar deməkdir, bu, bizim üçün vacibdir və müzakirə oluna bilməz”, deyə Prays sözünü yekunlaşdırıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya