ABŞ rəsmisi həddini aşdı - Vaşinqton nə etmək istəyir?

2023-09-15 13:51:33

ABŞ rəsmisi həddini aşdı - Vaşinqton nə etmək istəyir?

ABŞ dövlət katibinin müavini Yuri Kim Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin suallarını - daha doğrusu Azərbaycanla bağlı ittihamlarını cavablandırarkən bildirib ki, “biz “Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu çox aydındır”. 

Birincisi, “Qarabağ xalqı” yoxdur, Qarabağda erməni əhalisi var: Yuri Kimin fikirlərini ABŞ-ın Cənubi Qafqaz siyasətində son günlər anti-Rusiya mövqeyini gücləndirən Ermənistana ağırlıq verməsindən irəli gələn mövqe hesab etmək olar; 

İkincisi, Azərbaycan Qarabağdakı erməni əhalisinə yox, separatçılara və qanunsuz silahlı dəstələrə qarşı əməliyyat keçirə bilər: bu, artıq qaçılmaz prosesdir və olmayacağı müddətdə problem həllini tapmayacaq, o baxımdan, alternativ yol qalmayıb; 

Üçüncüsü, “dözməyib, nə edə biləcəkləri” maraqlıdır: Azərbaycana qarşı bəyanat verməkdən başqa heç nə etməyəcəklər, çünki Vaşinqton İrəvana rəğmən, Ankara faktorunu və Bakı ilə münasibətləri kənara qoymayacaq;

Azərbaycan separatçılara qarşı əməliyyat başlasa, Vaşinqton, eləcə də digər mərkəzlər eyni tipli bəyanatlar, açıqlamalar verəcək, lakin praktiki müstəvidə nəticəyə təsir edə biləcək addım atacaqları gözləntisi azdır. /yenisabah.az/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138555