Saat:04:17
Haqqımızda

ABŞ qüvvələri Suriyaya bomba yağdırdılar – Pentaqon açıqlama verdi

2023-11-13 11:30:31

ABŞ qüvvələri Suriyaya bomba yağdırdılar – Pentaqon açıqlama verdi

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Suriyada İrana yaxın qruplara qarşı hava hücumları keçirdiyini bildirib.

ABŞ Mərkəzi Qüvvələrinin komandanı general Maykl Erik Kurilla “İks” (X – keçmiş “Tvitter”) şəbəkəsindəki açıqlamasında hava hücumlarının Əbu Kamal və Məyadin şəhərlərinin yaxınlığında yerləşən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun və ona yaxın qrupların istifadə elədikləri bazalara qarşı həyata keçirildiyini bəyan edib. Bəyanatda deyilir: “ABŞ özünü, personalını və mənfəətini qorumağa davam edəcək”.

Pentaqonun (ABŞ MN) yazılı açıqlamasında da İraq və Suriyadakı ABŞ qüvvələrinə hücumlar edən İran İslam İnqilabı Keçikçiləri Korpusunun və ona yaxın qrupların istifadə elədikləri bazalara hava zərbələri endirildiyi təsdiq edilir. Açıqlamada vurulan hədəflərdən birinin təlim mərkəzi, digərinin sığınacaq olduğu qeyd edilib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.621143