ABŞ Qırmızı dənizdə pilotsuz təyyarələrinin tutulduğunu təsdiqləyib

2022-09-03 00:13:00

ABŞ Qırmızı dənizdə pilotsuz təyyarələrinin tutulduğunu təsdiqləyib

ABŞ Hərbi Dəniz Qüvvələri pilotsuz təyyarələrinin Qırmızı dənizdə İran hərbçiləri tərəfindən ələ keçirildiyini təsdiqləyib.

Bu barədə ABŞ-ın Beşinci Donanmasının nümayəndəsi bildirib.

“Mümkün olduqda əlavə məlumat veriləcək”, - o əlavə edib.

Bundan əvvəl İran dövlət televiziyası xilasedici jiletlərdə olan dənizçilərin iki "Saildrone Explorer" pilotsuz uçan aparatını yoxladıqlarını nümayiş etdirib.

"Saildrone Explorer" günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli qayıqdır. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067792