Saat:00:57
Haqqımızda

ABŞ qırıcıları və vertolyotları Qara dənizdə

2021-10-18 17:43:00

ABŞ qırıcıları və vertolyotları Qara dənizdə

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki,  yaxın həftələrdə Yunanıstana ABŞ-dan böyük partiya hərbi yük gələcək. Dedeqaç (Aleksandrupolis) limanına çox sayda hərbi vertolyotlar, silahlı dronlar, tanklar, artilleriya və ağır silahlar gətirilməsi planlaşdırılır. Hərbi texnikanın gətirilməsində məqsəd təlimlərin keçirilməsidir.

Hərbi təlimlərin Rumıniya ilə Bolqarıstan da daxil olmaqla, Mərkəzi Avropanı və Balkanları əhatə edəcəyi gözlənilir.

Dedeqaç limanına hərbi texnika və silah-sursatı ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin “USNS Yuma” nəqliyyat-desant gəmisinin gətirəcəyi gözlənilir. Ötən il də həmin gəmi analoji təlimlərin keçirilməsində iştirak edib.

ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payet bəyan edib ki, noyabrda Dedeqaç limanında indiyə qədər görünməmiş sayda təyyarələr və vertolyotlar olacaqdır.

Mətbuatın yazdığına görə, ABŞ Dedeqaç limanına böyük əhəmiyyət verir. Bunun səbəbi olaraq, Vaşinqtonun NATO ilə ABŞ-ın Balkan yarımadasında və Qara dənizdəki qüdrətini artıqmaq istəməsi görünür.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR