ABŞ qırıcıları havaya qalxdı, Pelosi Tayvandan getdi

2022-08-03 15:47:00

ABŞ qırıcıları havaya qalxdı, Pelosi Tayvandan getdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə onu müşayiət edən nümayəndə heyətini aparan təyyarə bu gün Tayvanı tərk edərək Cənubi Koreyanın paytaxtı Seul şəhərinə doğru yola düşüb.

Yaponiya mətbuatının yazdığına görə, təyyarə yola düşməzdən əvvəl ABŞ-ın Okinavadakı hərbi bazasından 6 ədəd F-15 qırıcısı və 3 ədəd yanacaqdolduran təyyarəsi havaya qalxıb.

Pelosinin Tayvan səfəri 19 saat 20 dəqiqə çəkib. “Vaşinqton Post” nəşri yazır ki, Tayvan ətrafında əsl böhran amerikalı məmurun ölkəni tərk eləməsindən sonra başlayacaq.

Çin XİN Pelosinin səfərinə qarşı qətiyyətli cavab tədbirlərinin hələ bundan sonra görüləcəyini artıq bəyan edib.

Xəbər verdiyimiz kimi, Çin sabahdan etibarən Tayvanı əhatə edən altı rayondakı uçuşlara məhdudiyyətlər tətbiq edəcək. Həmin rayonlarda hərbi təlimlər keçiriləcəyi bidirilir. Lakin ekspertlər güman edirlər ki, Pekin manevrlər adı altında adanın tam blokadasını gerçəkləşdirə bilər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059885