Saat:22:34
Haqqımızda

ABŞ qərarını dəyişir? - “Rusiyanın dərinliklərinə zərbə...”

2024-09-17 15:47:10

ABŞ qərarını dəyişir? - “Rusiyanın dərinliklərinə zərbə...”

Prezident Co Bayden və Böyük Britaniya Baş naziri Kir Starmer arasında keçirilən görüş Ukraynanın ABŞ silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün mümkün icazə ilə bağlı Vaşinqtonun siyasətinə təsir etməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Bu gün bizim siyasətimizdə dəyişikliklərlə bağlı heç bir açıqlamam yoxdur”, - o vurğulayıb.

Miller əlavə edib ki, Birləşmiş Ştatlar bu müharibədə qalib gələ bilməsi üçün Ukrayna ilə mümkün dəstək yollarını müzakirə etməyə davam edəcək. Söhbət Ukraynanı texniki vasitələr və kəşfiyyatla təmin etməkdən gedir.

Miller həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin zərurət yarandıqda Vaşinqtonun bu siyasəti uyğunlaşdırmağa və tənzimləməyə hazır olduğu barədə bəyanatını da xatırladıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197592