“ABŞ Qazaxıstana və Rusiyanın tərəfdaşı olan digər dövlətlərə kompensasiya verəcək”

Hurriyyet.az xəbər verir ki, Astanada səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken Birləşmiş Ştatların RF-in tərəfdaşı olduğu üşün Rusiyaya qarşı sanksiyalardan zərər çəkən ölkələrə kompensasiya ödəniləcəyini söyləyib. Blinken deyib ki, regionun bütün ölkələri Rusiya ilə ticarət münasibətlərindən müəyyən qədər asılı olduqları üçün sanksiyalar onların da iqtisadiyyatlarına zərbə vurur.
Blinkenin sözlərinə görə, ABŞ-da bunu anlayırlar və zərərlər üçün kompensasiya ödəməyi vəd edirlər.
Blinken deyib: “Dünyanın onlarla ölkəsinin Rusiyaya qarşı sanksiyalarının səbəbi bu ölkənin Ukraynaya qarşı hərbi müdaxiləsidir. Rusiyaya qarşı mübarizədə iştirak edən dövlətlər Rusiyadan asılı olmamaq üçün yeni imkanlar, yollar, ixrac bazarları axtarırlar. Mən söyləmişəm ki, biz bunun nəticələrini yaxşı başa düşürük və bunun üçün əlavə olaraq 25 milyon dollar ayırırıq”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya