ABŞ qaçqınları qəbul etməyəcək - Tramp birdəfəlik "qapını bağladı"
2025-12-01 13:34:57
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkədə xarici vətəndaşlar üçün sığınacaq müraciətlərinin dayandırılmasının uzun müddət davam edə biləcəyini bildirib.
Tramp noyabrın 30-da jurnalistlərin müvafiq sualına cavab verərkən deyib: "Uzun müddət. Biz bu insanları istəmirik, özümüzün kifayət qədər problemlərimiz var. Bilirsiniz, niyə onları istəmirik? Çünki onların çoxu pis insanlardır, onlar bizim ölkəmizə aid deyillər, bura onların yeri deyil".
Xatırladaq ki, noyabrın 28-də ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) xarici vətəndaşlar üçün sığınacaq müraciətlərinin qəbulunu dayandırıb.
Hürr Tərcüman
