ABŞ prokuroru vəliəhd şahzadəni toxunulmaz elan etdi - “Vaşinqton Post” müxbirinin qətlində ittiham edilirdi

2022-12-07 15:26:00

ABŞ prokuroru vəliəhd şahzadəni toxunulmaz elan etdi - “Vaşinqton Post” müxbirinin qətlində ittiham edilirdi

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, ABŞ-ın Vaşinqton şəhər prokuroru Con Beyts “Vaşinqton Post” qəzetinin yazarı, səudiyyə ərəbistanlı jurnalist Camal Kaşıkçının qətli ilə əlaqədar Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı qaldırılmış cinayət işinə rəsmən xitam verib.

Camal Kaşıkçı 2018-ci ildə sənəd almaq üçün müraciət elədiyi zaman Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilmiş, cəsədi parçalanaraq turşu məhlulunda əridilmişdi. Şahzadə Məhəmməd bin Salman onun qətlini sifariş eləməkdə ittiham edilirdi.

Amerikalı prokuror Con Beyts “Kaşıkçı cinayətində əli olduğuna dair güclü dəlillərə baxmayaraq, xarici hökumətin başçısı olduğu üçün toxunulmazlıq statusuna malik olduğuna görə” belə bir qərar verdiyini bildirib.

ABŞ XİN-in tələbi ilə ötən noyabr ayında ABŞ Ədliyyə Nazirliyinin vəkilləri məhkəməyə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu yaxınlarda Baş nazir vəzifəsinə gətirildiyi barəsində sənəd təqdim edərək, “xarici hökumətin başçısı” olduğu üçün toxunulmazlıq statusu aldığını və dolayıcı ilə bu cinayət işinin bağladılmalı olduğunu bildirmişdilər.

Məhəmməd bin Salman özü isə ona qarşı iddiaları rədd edir.

Hürr Tərcüman

Biden won't penalize Saudi crown prince over Khashoggi's killing, fearing  relations breach | World News,The Indian Express


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.157402