ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri: “Türkiyəyə təşəkkür edirik”

2022-09-22 11:58:00

ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri: “Türkiyəyə təşəkkür edirik”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna ilə Moskva arasında hərbi əsirlərin mübadiləsindəki vasitəçiliyinə görə Ankaraya təşəkkürünü bildirib.

Sallivan deyib: “Taxıl müqaviləsinin reallaşdırılmasına həlledici töfhəsinə və Ukrayna ilə Rusiya arasında əsir müadiləsindəki vasitəçiliyinə görə Türkiyə hökumətinə təşəkkürümüzü bildirirəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukraynanın çərşənbə günü 200 nəfər hərbi əsiri dəyişəcəklərini xəbər vermişdi. O, bu mübadilənin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar nəticəsində mümkün olduğunu söyləyib. Prezident Ərdoğan qeyd edib ki, Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin baş tutması müharibənin başa çatması yolunda mühüm addımdır. O, Kiyev ilə Rusiya arasında sülhün əldə edilməsi üçün Ankaranın səy göstərməyə davam elədiyini söyləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059520