ABŞ Polşaya hərbi texnika toplayır

2022-12-07 15:33:00

ABŞ Polşaya hərbi texnika toplayır

ABŞ Avropadakı hərbi mövcudluğunu gücləndirir, müvafiq texnikanı kütləvi şəkildə Polşa ərazisinə köçürür. Hələlik ki, ABŞ-ın Polşaya yolladığı hərbi texnika ümumilikdə, təxminən 800 ədəddir. Bundan əlavə, NATO Kiyevi əmin edib ki, o, təkcə NATO standartlarında olan tanklarla deyil, həm də döyüş təyyarələri ilə dəstək dairəsini genişləndirəcək.

Vaşinqton əmin edir ki, ABŞ fevral ayından bəri itirdiyi torpaqları geri qaytarmaq üçün Ukraynanı dəstəkləyir, lakin polyakların nə üçün kəskin şəkildə silahlanması Rusiya üçün açıq sualdır. Bu arada Pentaqon ABŞ sənayesinin müharibəyə hazır vəziyyətə keçirildiyini açıqladı. Ola bilsin ki, bütün bu hadisələr Kiyevə hücumun yeni dalğasına verilən icazə ilə bağlıdır.
Sonuncu tezis Rusiyanın nüvə silahından istifadə etməsinin de-yure və de-fakto əl-qolunun bağlanmasından ötrü elə birbaşa Rusiya Federasiyasının ərazisində obyektləri məhv etmək üçün PUA-lardan sərbəst istifadəni nəzərdə tutur. Lakin Qərb Rusiya rəhbərliyinin nüvə arsenalından istifadə etmək niyyətinə şübhə ilə yanaşır. Rusiyadakı nüvə obyektlərinə atılan raketlərin əksəriyyətinin müntəzəm olaraq yerli hava hücumundan müdafiə vasitələri tərəfindən tutulmasına baxmayaraq, Rusiya daxilində hədəfləri vurmaq cəhdlərinin özü Kremlə böyük psixoloji təzyiq göstərir və eləcə də vətəndaşların təhlükəsizlik hissinə təsir göstərir.
Qərb nəşrləri Ukraynanın indi 900 kilometrdən çox məsafədəki hədəfləri vura biləcəyi raketlərin Moskvaya qədər də çata biləcəyi barədə materiallar dərc etməklə vəziyyəti daha da gərginləşdirir və rusların canına qorxu salır. Hətta Ukraynanın enerji infrastrukturunun sıradan çıxarılması Kiyevi danışıqlar masasına oturtmur və Qərb “Rusiyanın qanını tökmək” ümidi ilə onu nəinki bu mövqedə dəstəkləyir, həm də Moskvanın sonunu gətirmək naminə  Ukrayna Silahlı Qüvvələrinin imkanlarını genişləndirir.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.203575