Saat:03:40
Haqqımızda

ABŞ peyk təsvirlərini yaydı – Çinin bazası ifşa edildi

2021-07-28 16:51:00

ABŞ peyk təsvirlərini yaydı – Çinin bazası ifşa edildi

Hurriyyet.org xəbər verir ki, amerikalı alimlər Çinin nüvə raketi bazasını inşa elədiyini irəli sürüblər. Çinin Sincan əyalətindən çəkilən peyk təsvirlərinə görə 110 bunkerlik nüvə sahəsi inşa edilir. Bu barədə məlumatı BBC agentliyi Amerika Alimləri Federasiyasının (FAS) hesabatına istinad edərək verib. Verilən məlumata görə, bu son iki ayda Çinin qərbində inşa edilən ikinci bunker sahəsidir.

Ötən ay “Vaşinqton Post” qəzeti Qansu əyalətininYumen rayonundakı düzəngahda 120 bunker göründüyünü yazmışdı.

ABŞ ilə Rusiya qlobal silahlanmanın məhddlaşdırılması üçün müzakirələrə hazırlaşır. Çin indiyə qədər silahlanmaya nəzarətlə bağlı müzakirələrdə iştirak etməyib.

ABŞ Müdafiə Nazirliyinin Strateji Qüvvələr Komandanlığı “Tvitter”dəki paylaşmasında hesabatla bağlı narahatlığını səsləndirib.

Pentaqon ötən il Çinin 200-dən artıq hərbi nüvə başlıqlı raket ehtiyatının olduğunu və bu rəqəmi azı iki dəfə artırmağa hazırlaşdığını bəyan eləmişdi.

ABŞ-ın 3800 hərbi nüvə başlığına malik olduğu bildirilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR