ABŞ Peşmərgəyə hərbi yardım göndərdi
2021-07-26 17:40:00
ABŞ-ın rəhbərliyi altındakı İŞİD əleyhinə koalisiya Peşmərgəyə hərbi yardım göndərib.
Axar.az xarici mediaya istinadən xəbər verir ki, koalisiya qüvvələri Ərbildə keçirilən təhvil-təslim prosesində Peşmərgə Nazirliyinə 70-ə yaxın nəqliyyat vasitəsi təqdim edib.
Hərbi yardım tanker, zirehli avtomobil və hərbi yük maşınlarından ibarət olub.
Qeyd edək ki, İraq Baş naziri Mustafa Kazımi mətbuata açıqlamasında İŞİD-lə mübarizə üçün ABŞ əsgərlərinə ehtiyac olmadığını bildirmişdi.