ABŞ Paşinyana Azərbaycanla bağlı ÇAĞIRIŞ ETDİ

2022-11-16 13:30:00

ABŞ Paşinyana Azərbaycanla bağlı ÇAĞIRIŞ ETDİ

ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyana Azərbaycanla bağlı çağırış edib.

Hurriyyet.az xəbər verir ki, ABŞ rəsmisinin öz sosial şəbəkə hesabı vasitəsilə etdiyi çağırışda Paşinyana Azərbaycanla bağlı danışıqların tempini qorumalı olduğu bildirilib.

Xatırladaq ki, ötən gün Blinken Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barəsində telefon danışığı aparıb. Blinken ABŞ-nin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstəyini davam etdirməyə hazır olduğunu bildirib. Eyni zamanda, Paşinyan və Blinken regional təhlükəsizlik və humanitar məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.157500