ABŞ partnor olduğu ölkələr vasitəsilə İrəvanı Moskvadan uzaqlaşdırmağa çalışır-növbəPolşanındır

2022-07-20 14:31:00

ABŞ partnor olduğu ölkələr vasitəsilə İrəvanı Moskvadan uzaqlaşdırmağa çalışır-növbəPolşanındır

ABŞ Ermənistana Azərbaycanla münasibətləri tam yoluna qoymaq və Cənubi Qafqazda Moskvanın təzyiqini sıfırlamaq üçün rəsmi İrəvana təzyiqini partnyor ölkələr vasitəsilə həyata keçirir. Bu dəfə növbə Polşanındır.

Belə ki, də İyulun 19-da Polşada rəsmi səfərdə olan Ermənistan XİN naziri Ararat Mirzoyan ölkənin baş nazirinin müavini Yatsek Sasin ilə görüşüb. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Ararat Mirzoyan və Yatsek Sasin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edərək, ticarət-iqtisadi potensialın tam reallaşdırılmasına, investisiya imkanlarının yaradılmasına və işgüzar dairələr arasında əlaqələrin fəallaşmasına yönəlmiş səylər göstərməyə qarşılıqlı hazır olduqlarını bildiriblər.
Tərəflər Varşava Fond Birjası tərəfindən Ermənistan Fond Birjasının nəzarət paketinin alınmasının vacibliyini vurğuladılar ki, bu da kapital bazarında Ermənistan və Polşa arasında əməkdaşlıq üçün böyük imkanlar yaradır.
Görüşdə Mirzoyan həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı da məlumat verib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056087