ABŞ öz tərəfindən ATƏT-in Minsk Qrupunun yeni həmsədri təyin etməklə niyə "ölünü diriltmək" istəyir?

2022-08-25 14:38:00

ABŞ öz tərəfindən ATƏT-in Minsk Qrupunun yeni həmsədri təyin etməklə niyə

ABŞ dövlət katibi Entonu Blinken Filip Rikeri Qafqaz üzrə danışıqlarda baş məsləhətçi təyin edib. Belə ki, “Filip Riker ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri kimi fəaliyyət göstərəcək və bu kritik dövrdə Cenevrədə beynəlxalq müzakirələrdə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək”, deyə ABŞ dövlət katibinin bəyanatında deyilir.
Bəyanatda həmçinin qeyd olunur ki, ABŞ Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə nail olmağa kömək edəcək.
“Philip Riker Aİ kimi həmfikir tərəfdaşlarla işləyəcək, həmçinin Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərəcək. Rikerin təyinatı ABŞ-ın Gürcüstanla bağlı Beynəlxalq Cenevrə Müzakirələrinə verdiyi əhəmiyyəti təsdiqləyir”, - ABŞ dövlət katibinin bəyanatında deyilir.

ABŞ -ın qərarından belə anlaşılır ki, Vaşqinton Qafqazı nəzarətdə saxlamaq və istədiyi şəkildə manipulyasiya etmək üçün "ölünü diriltmək"dən vaz keçməyəcək.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056330