ABŞ ordusu qeyri-müəyyən müddətədək bu ölkədə qalacaq
2024-05-03 20:18:03
Litvadakı ABŞ hərbi batalyonu planlaşdırıldığı kimi 2026-cı ilə qədər deyil, qeyri-müəyyən müddətədək bu ölkədə qalacaq.
Bunu Litvanın müdafiə naziri Laurinas Kaçyunas deyib.
“Vaşinqtona səfərim zamanı mən ABŞ Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyindən güclü və aydın mesaj aldım ki, Litvada ABŞ batalyonu planlaşdırıldığı kimi 2026-cı ilə qədər deyil, qeyri-müəyyən müddətə qalacaq. ABŞ-nin Litvada hərbi mövcudluğu vacib məsələdir. Ölkəmizdə Rusiyanı çəkindirə biləcək bir qüvvənin olması vacibdir”,-deyə o bildirib. \\AzPolitika.info