Saat:07:07
Haqqımızda

ABŞ ordusu İraqdan çıxır?

2024-01-25 23:42:10

ABŞ ordusu İraqdan çıxır?

Birləşmiş Ştatlar Qərb koalisiyasının İraqdakı hərbi mövcudluğunu ikitərəfli əməkdaşlıqla əvəz etmək üçün danışıqlar aparmaq niyyətindədir.

Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin məlumat verib.

“ABŞ və İraq hökuməti yaxın günlərdə Ali Hərbi Komissiyanın işçi qrupunun iclaslarına başlayacaq”, - ABŞ müdafiə naziri deyib.

Ancaq Ostin İraqdakı 2,5 min nəfərlik Amerika ordusunun hərbi kontingentinin çıxarılmasından və ya azaldılmasından söhbət gedib-getmədiyini açıqlamayıb. O vurğulayıb ki, tərəflər İŞİD-ə qarşı mübarizə üçün Vaşinqtonun rəhbərliyi altında yaradılan beynəlxalq hərbi koalisiyanın “ən effektiv təkamülünü” müzakirə etməlidirlər. \\BakuPost

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.175710