Saat:19:45
Haqqımızda

ABŞ-nin UKRAYNAYA HƏRBİ YARDIMI - 61 milyardlıq paketdə hansı silahlar ola bilər?

2024-04-23 12:43:11

ABŞ-nin UKRAYNAYA HƏRBİ YARDIMI - 61 milyardlıq paketdə hansı silahlar ola bilər?

Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollar məbləğində hərbi yardımın göstərilməsinə dair qanun layihəsini qəbul edib. Ukraynanın 6 aydır gözlədiyi yardım paketi Senatdan keçə və bir neçə gün ərzində rəsmiləşə bilər.

Hurriyyet.az xəbər verir ki, “BBC” bu barədə yayımladığı məqalədə yardım paketinə daxil ola biləcək silahlar və onların Rusiyanın irəliləyişini dayandırmaq potensialını araşdırıb.

Həmin məqalənin bir hissəsinin tərcüməsini oxuculara təqdim edirik:

“Hazırda hava hücumundan müdafiə sistemləri, orta və uzun mənzilli raketlər, eləcə də artilleriya mərmiləir Ukrayna ordusunun ən çox ehtiyac duyduğu silahlardır.

Hava hücumundan müdafiə sistemləri

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hava hücumundan müdafiə sistemləri mülki əhalinin və elektrik stansiyaları kimi mühüm infrastrukturun qorunması üçün olduqca vacibdir. Bunun üçün də “Stinger” kimi çiyindən atılan qısa mənzilli raketlər də daxil, qabaqcıl və son dərəcə bahalı “Patriot”lara çox böyük ehtiyac var. Zelenski bu yaxınlarda bildirib ki, Ukraynanın daha yeddi “Patriot” və bu tip hava hücumundan müdafiə sisteminə ehtiyacı var.

Orta və uzun mənzilli raketlər

Hava üstünlüyü ilə yanaşı, yerdəki müharibənin gedişi də həyati əhəmiyyət kəsb edir. Ukrayna artilleriya çatışmazlığı səbəbindən oktyabr ayından bu yana təxminən 583 kvadrat kilometr ərazi itirib. Bu baxımdan HIMARS sistemləri Ukraynaya böyük ölçüdə avantaj qazandırıb. Bu hərbi yardım paketində Ukraynaya daha çox HIMARS sistemləri, eləcə də tanklar və “Bradley” tipli minaya davamlı piyada maşınlarının veriləcəyini gözləyə bilərik. 2023-ün sonlarına doğru Ukraynaya “ATACMS” raket sistemi təhvil verilmişdi. Yeni versiyada bu raket sisteminin uçuş məsafəsi iki dəfə artırılaraq 300 kilometrə çatdırılıb.

Artilleriya mərmiləri

Ukraynaya verilən “M777” haubitsaların müharibədəki əvəzolunmaz əhəmiyyətini unutmaq olmaz. ABŞ işğalın başladığı 2022-ci ildən bu yana Ukraynaya 2 milyon haubitsa mərmisi göndərib. Bu son paketdə də çox güman ki, 155 mm-lik mərmilər göndəriləcək.

F-16 döyüş təyyarələri

Bu yardım paketindən əvvəl müqavilələr bağlansa da, bunu qeyd etməliyik. Çünki F-16-ların Ukraynaya təhvil verilməsinə çox az qalıb. Rumıniyada ukraynalı pilotlara verilən “F-16” təlimləri davam edir. Bu təyyarələr Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək. Danimarka, Hollandiya və ABŞ isə bir neçə ay ərzində "Vipers" adlanan onlarla təyyarənin ilk partiyasını Ukraynaya çatdıra bilər. Bu, yerdə Ukraynaya strateji üstünlük qazandırmaya bilər, lakin Kiyevin müdafiə qabiliyyətinə mütləq böyük güc qatacaq”.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.186850