ABŞ-nin hərbi təlimatçıları Ermənistana gediblər
2024-04-01 16:36:53
![ABŞ-nin hərbi təlimatçıları Ermənistana gediblər](/frontend/uploads/miles/FotoJet%20-%202024-04-01T152029_140.jpg)
ABŞ-nin hərbi təlimatçıları bu gün Ermənistana gediblər.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Müdafiə əməkdaşlığı çərçivəsində aprelin 1-də bir qrup ABŞ mobil təlimatçısı Ermənistana səfər edib. Müdafiə Nazirliyinin inzibati kompleksində aprelin 1-dən 5-dək təlimatçılar qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları və “Zinuj Media” dövlət qurumu ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün təlimlər keçirəcəklər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, təlimatçıları qarşılayanlar arasında Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan da olub.
oxu.az
![](/frontend/uploads/files_son/QAZ12.jpg)