ABŞ-nin 1 milyardlıq yeni hərbi yardım paketinə nə daxildir? - TAM SİYAHI

ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 1 milyard dollar dəyərindəki hərbi yardım paketi yaxın vaxtlarda Ukraynaya çatdırlacaq.
Qeyd edək ki, həmin yardım paketinə aşağıdakı siahlar daxildir:
- RİM-7 və AIM-9M hava hücumundan müdafiə raketləri;
- “Stinger” raketləri;
- Kiçik silahlar və atıcı silahların əlavə patronları, o cümlədən Pilotsuz Uçuş Aparatlarına qarşı mübarizə üçün 50 kalibrli patronlar;
- HIMARS sistemləri üçün əlavə sursat;
-155 mm artilleriya mərmiləri, o cümlədən Yüksək Partlayıcı və İki Məqsədli Təkmilləşdirilmiş Adi Sursat;
-105 mm artilleriya mərmiləri;
- 60 mm minaatan mərmi;
- “Bradley” piyada döyüş maşını;
- “MRAPs” avtomobili;
- “HMMWVs” zirehli transpartyoru;
- Logistik dəstək vasitələri;
- Avadanlıqları yedəkləmək və çəkmək üçün taktiki maşınlar;
- Optik izlənən "TOW" raketləri;
- “Javelin” və “AT-4”;
- Dəqiq hava sursatları;
- Aerodromun dəstəkləyici avadanlıqları;
- Zireh əleyhinə minalar;
- “Claymore” piyada əleyhinə sursatlar;
- Gecə görmə cihazları;
- Sahə avadanlığı, təlim sursatları, texniki xidmət və digər köməkçi avadanlıqlar.
AzPolitika.info
