Saat:15:02
Haqqımızda

ABŞ MKİ-nin sabiq rəsmisi David Petreus: Ukraynadakı müharibə danışıqlarla bitəcək, lakin Zelenski və Putin indi onlara hazır deyillər

2022-12-01 15:41:00

ABŞ MKİ-nin sabiq rəsmisi David Petreus: Ukraynadakı müharibə danışıqlarla bitəcək, lakin Zelenski və Putin indi onlara hazır deyillər

Almaniyanın “Tagesspiegel” qəzetinə müsahibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri general David Petreus bildirib ki, Ukraynadakı müharibə danışıqlarla bitəcək, lakin Zelenski və Putin indi onlara hazır deyillər.
"Vaxtı gələndə ABŞ, Aİ, Böyük Britaniya və digər ölkələrin liderləri Ukrayna və Rusiya ilə birlikdə həll yolu yaratmaq və həyata keçirmək üçün çalışacaqlar", deyə o qeyd edib.
Xatırladaq ki, noyabrın ortalarında Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Türkiyədə rusiyalı həmkarı Narışkinlə görüşüb, daha sonra Kiyevə səfər edib. Rusiya və Amerika tərəfi bəyan edib ki, mövzu Ukrayna deyil, nüvə təhlükəsizliyidir. Dünən Narışkin bildirib ki, Ukrayna mövzusu əslində əsas mövzulardan biridir. 

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR