ABŞ mətbuatı: "Ukrayna sülh planı ilə razılaşdı"
2025-11-25 19:20:24
Hurriyyet.az xəbər verir ki, ABŞ mətbuatının iddiasına görə, Ukrayna ABŞ tərəfindən təklif edilən potensial sülh müqaviləsinin şərtlərini qəbul edib.
"ABC News" bu barədə ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbə bildirib: "Ukraynalılar sülh planına razılıq veriblər. Bəzi kiçik detallar hələ də həll olunmayıb, lakin ümumilikdə razılıq veriblər".
Qeyd etmək lazımdır ki, hazırda Əbu-Dabidə ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üçün sülh müqaviləsi ilə bağlı danışıqlar aparılır. Daha əvvəl ABŞ tərəfindən təklif edilən 28 bəndlik planın 19 bəndə endirildiyi bildirilirdi.
Hürr Tərcüman
