Saat:10:25
Haqqımızda

ABŞ Lukaşenkonun təyyarəsinə qarşı sanksiyalar tətbiq etdi

2023-03-24 22:00:00

ABŞ Lukaşenkonun təyyarəsinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Belarus prezidenti Aleksandr Lukaşenkonun istifadə etdiyi "Boeing 737" təyyarəsinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə martın 24-də ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunmuş press-relizdə deyilir.

"Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi 14038 saylı İcra Sərəncamına əsasən üç qurumu və doqquz fiziki şəxsi siyahıya alır və bir prezident təyyarəsini bloklanmış mülkiyyət kimi müəyyən edir", - bəyanatda deyilir .

Məhdudiyyətlərin tətbiqinə səbəb 2020-ci ildə Belarusda "saxta" prezident seçkiləri, həmçinin Minskin Moskvanın hərəkətlərinə dəstək verməsi olub. Bundan əlavə, Maliyyə Nazirliyi 14 Belarus rəsmisi üçün viza məhdudiyyəti tətbiq edib. \\Publika.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR