Saat:05:48
Haqqımızda

ABŞ-lı ekspertdən şərh: “Ərdoğan Tehranda, amma Türkiyə və İran arasında aradan qaldırılmalı olan bir çox inamsızlıqlar var”

2022-08-09 15:04:00

ABŞ-lı ekspertdən şərh: “Ərdoğan Tehranda, amma Türkiyə və İran arasında aradan qaldırılmalı olan bir çox inamsızlıqlar var”

Siyasi şərhçi Aleks Vətənxah “İran diplomatiyası” saytında yazır: “Ticarət əlaqələrinin zəifləməsi ilə Tehran və Ankara arasında geosiyasi rəqabət güclənir.
İranlılar amerikalılarla kompromis əldə etməklə və bununla da ABŞ sanksiyalarının İran iqtisadiyyatına, xüsusən də türklərə qarşı vurduğu ziyanların təsirini azaldaraq vəziyyəti dəyişə bilərlər. Vaşinqtonla belə bir razılaşma olmadığı halda, Tehran geri çəkilib ehtimallara bel bağlmalı olur.
İranın ən böyük ümidi Rusiyanın Türkiyəni bir kənara vurmaq istəməsidir. Burada mühüm məqam ondan ibarətdir ki, Moskva İranın siyasəti üzərində olduğu kimi, Türkiyənin siyasətinə nəzarət etmir.
İran və Türkiyə prezidentləri arasında iyulun 19-da keçirilən son görüşdə tərəflər ikitərəfli ticarəti ildə 30 milyard dollara çatdırmaq öhdəliyinə sadiq qaldıqlarını vurğulayıblar. 2018-ci ildə İran və Türkiyə arasında ticarət dövriyyəsi təxminən 10 milyard dollara çatıb. Bu rəqəm 2021-ci ildə təxminən 5 milyard dollar idi”.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR