ABŞ-la Ermənistan arasında müqavilə imzalandı

2022-05-03 15:09:00

ABŞ-la Ermənistan arasında müqavilə imzalandı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Vaşinqtonda ABŞ-ın Dövlət katibi Entoni Blinken ilə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Bu barədə ABŞ Dövlət Deparatmentinin mətbuat xidməti açıqlama verib.

ABŞ ilə Ermənistan arasında atom energetikası sahəsində razılaşma imzalanıb. Blinken öz çıxışında iki ölkə arasında ikitərəfli münasibətləin möhkəmləndirilməsi və Ermənistanda enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq sahəsində əməkdaşlığın tərəfdarı olduğunu bildirib.

Görüşün nəticəsi olaraq tərəflər Ermənistanın enerji təchizatının diversifikasiyası üçün atom enerjisindən dinc yolla istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Praysın açıqlamasında bildirilir ki, Blinken ilə Mirzoyan Ermənistanın ölkədə demokratiya və hüquqi dövlət quruculuğu işində, qonşu ölkələrlə münasibəti məsələsində irəliləmələrindən danışıblar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya