ABŞ körfəzdəki kəşfiyyat gəmisinin SEPAH tərəfindən ələ keçirmək cəhdinin qarşısını alıb

2022-08-31 12:12:00

ABŞ körfəzdəki kəşfiyyat gəmisinin SEPAH tərəfindən ələ keçirmək cəhdinin qarşısını alıb

İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Amerikanın pilotsuz və uzaqdan idarə olunan kəşfiyyat gəmisini ələ keçirmək cəhdinin qarşısı alınıb. Bu haqda Amerika Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması avqustun 30-da xəbər yayıb.
Bildirilir ki, SEPAH-ın “Şəhid Baziyar” adlı gəmisi öncə Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz gəmini ələ keçirib, yədəkləyib. Ancaq Amerika hərbi gəmisi və helikopteri hadisə yerinə yaxınlaşdıqda SEPAH gəmisi pilotsuz gəmini buraxmalı olub.
Amerika Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının müavini admiral Bred Kuper verdiyi açıqlamada SEPAH-ın addımının bağışlanmaz olduğunu və peşəkar Hərbi Dəniz Qüvvələrinin davranışına uyğun olmadığını bildirib.
Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığı "CENTCOM" da SEPAH-ın hərəkətini “İranın Yaxın Şərqdə sabitliyi pozan, qeyri-qanuni və qeyri-peşəkar fəaliyyətlərinin davam etməsinin göstəricisi” adlandırıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057727