ABŞ Konqresində İsraillə bağlı layihə müzakirə ediləcək
2023-10-30 08:30:15

Hurriyyet.az xəbər verir ki, Konqress İsrailin dəstəklənməsi ilə bağlı qanun layihəsini bu həftə ərzində nəzərdən keçirəcək.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bununla bağlı açıqlamasında qeyd edib ki, “İsraildəki vəziyyət dərhal diqqət yetirilməsini tələb edir”.
Conson “ Foks Nyus” kanalına müsahibəsində deyib: “Biz qarşıdan gələn həftə ərzində Nümayəndələr Palatasında İsrailə maliyyə yardımı göstərilməsi ilə bağlı ayrıca qanun layihəsini təqdim eləməyə hazırlaşırıq. Bilirəm ki, Senatdakı respublikaçı həmkarlarımız da eyni addımı atmağı planlaşdırırlar”.
Conson oktyabrın 25-də spiker seçilib. Bu post ABŞ-ın dövlət quruluşunda əhəmiyyətinə görə üçüncü hesab edilir.
Hürr Tərcüman
