ABŞ Konqresi Ukraynaya "Lend-Liz" sənədini təsdiqlədi

2022-04-29 11:22:00

ABŞ Konqresi Ukraynaya

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın verilməsini sadələşdirəcək Ukrayna üçün borc-icarə (lend-liz) qanun layihəsini təsdiqləyib.
Sənəd imzalanmaq üçün prezident Co Baydenə göndərilib. Sənəd böyük səs çoxluğu ilə təsdiqlənib və sənədin lehinə 417, əleyhinə isə 10 səs verilib. 
“Qanun layihəsi ABŞ administrasiyasına 2023-cü maliyyə ili ərzində Ukrayna və Şərqi Avropanın digər ölkələrini hərbi texnika ilə təmin etmək hüququ verəcək. Eyni zamanda, bu cür avadanlıqların Ukraynaya verilməsi onun sonradan geri qaytarılması ilə bağlı qanunlarla həyata keçirilməlidir", deyə Konqresin saytında sənədin mətnində deyilir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya