Saat:16:39
Haqqımızda

ABŞ Kiyevə nüvə silahı verəcəkmi? - Pentaqondan açıqlama

2025-02-14 13:40:18

ABŞ Kiyevə nüvə silahı verəcəkmi? - Pentaqondan açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ-ın Kiyevə nüvə silahı verib-verməyəcəyi məsələsinin Prezidenti Donald Trampdan asılı olduğunu bildirib. 
Pentaqonun rəhbəri bu suala "Breitbart News" portalına müsahibəsində cavab verib.
Nazir deyib: "Nəyisə elan etmək, yaxud da etməmək mənim işim deyil. Bu, Prezidentin işidir. Lider odur, danışıqlar aparmaq və müqavilələr bağlamaq ustası odur".
Hürr Tərcüman