ABŞ kəşfiyyatından AÇIQLAMA: Vladimir Putin Ukraynada uzun sürən müharibəyə hazırlaşır

2022-05-11 15:33:00

ABŞ kəşfiyyatından AÇIQLAMA: Vladimir Putin Ukraynada uzun sürən müharibəyə hazırlaşır

ABŞ-ın Milli Kəşfiyyat direktoru Evril Heyns deyib ki, Vladimir Putin Ukraynada uzun sürən müharibəyə hazırlaşır. Bu barədə "The Guardian" yazır.
“Bizim təxminlərimizə görə, Putin Ukraynada uzun sürən münaqişəyə hazırlaşır və bu münaqişə zamanı məqsədinə hələ də Donbassdan kənarda çatmaq niyyətindədir. Güman edirik ki, Putinin strateji hədəfləri, yəqin ki, dəyişməyib, o vəziyyətə hakim olmaq üçün martın sonunda Rusiya qoşunlarının Donbasa istiqamətini dəyişmək barədə qəbul edilmiş qərarı müvəqqəti hesab edir”, Heynes bildirib.
Senatdakı dinləmələr zamanı Heynes deyib ki, rus diktatorunun qısamüddətli məqsədləri Luqansk ilə Donetsk bölgələrini və onların ətrafındakı bufer zonanı ələ keçirmək, Krıma quru körpüsü yaratmaqdır. O, yarımadanın su təchizatını təmin etmək üçün Krımın şimalında yerləşən Xersonu saxlamaq istəyir.
Putin Donetsk və Luqansk vilayətlərini ələ keçirmək və Xersona nəzarəti ələ keçirməklə yanaşı, Ukraynanı Qara dənizdən tam ayırmaq üçün Dnestryanıya qədər əraziyə nəzarəti ələ keçirmək istəyir.
Bununla belə Haynesbildirib ki, Rusiya ordusu hazırkı vəziyyətində qoşunların ümumi səfərbərliyi olmadan bütün bu əraziləri ələ keçirmək və saxlamaq üçün kifayət qədər böyük və güclü deyil.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya