ABŞ kəşfiyyatı Rusiyanın məkrli planının üstünü açdı

2022-05-03 14:40:00

ABŞ kəşfiyyatı Rusiyanın məkrli planının üstünü açdı

Rusiya-Ukrayna müharibəsinin 69-cu günündə ABŞ kəşfiyyatı maraqlı məlumat açıqlayıb.

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynada yeni əraziləri ilhaq etməyə hazırlaşdığı iddia edilir. ABŞ kəşfiyyatının məlumatına görə, Moskva şərqdə separatçı qüvvələrin qismən nəzarətində olan Donetsk, Luqanskı və işğalın əvvəlində ələ keçirdiyi cənubdakı Xerson şəhərini ilhaq edəcək.

ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı səfiri Maykl Karpenter bəyan edib ki, bu ayın ortalarında bu üç bölgənin Ukraynadan ayrılaraq Rusiyaya birləşməsi üçün referendumlar keçiriləcək. ABŞ rəsmisi qeyd edib ki, Rusiyanın bu planı uğurlu olmaya bilər.

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi beynəlxalq ictimaiyyətdə böyük reaksiyalara səbəb olmuşdu. Rusiya prezidenti Vladimir Putin fevralın 24-də başlayan işğaldan az əvvəl Ukraynadan ayrıldığını bəyan edən separatçı Luqansk və Donetsk xalq respublikalarının müstəqilliyini birtərəfli tanıyıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya