ABŞ kəşfiyyatı CIA-nin direktoru Bill Burns mətbuata Sergey Narışkinlə görüşü barədə açıqlama verib

2023-03-01 09:29:00

ABŞ kəşfiyyatı CIA-nin direktoru Bill Burns mətbuata Sergey Narışkinlə görüşü barədə açıqlama verib

ABŞ kəşfiyyatı CIA-nin direktoru Bill Burns mətbuata müsahibəsində Rusiya xarici kəşfiyyatı SVR-nin direktoru Sergey Narışkinlə noyabrda Ankarada baş tutan görüşləri barədə danışıb. 
Burns deyib ki, ABŞ istənilən növ nüvə silahı işlədilməsinin çox ciddi nəticələrə gətirib çıxaracağı barədə Rusiyaya qəti xəbərdarlıq edib. CIA direktoru həmkarı və Putinin məsələnin ciddiliyini tam dərk etdiyini düşündüyünü bildirib. Burns Hindistan və Çin liderlərinin nüvə silahı işlədilməsinə qarşı çıxmaqlarının önəmli olduğunu vurğulayıb. 
Rusiyanın nüvə silahından istifadə etməklə hücum əməliyyatında uğur qazanmağa çalışması Vaşinqton üçün qəbuledilməzdir, çünki bu, mövcud dünya düzənini kökündən dəyişəcək. Mövcud düzəndə nüvə silahı müdafiə xarakterlidir və ən böyük effektivliyi isə elə istifadə edilməməsidir. Nüvə silahının hücumdakı effektivliyi legitimləşsə, 10-15 ilə bir çox ölkələr nüvə silahı əldə etmiş olacaq. Qısa müddətdə dünyanın bütün təhlükəsizlik arxitekturası dəyişəcək. 
Bəs Rusiya nüvə silahından istifadə etsə, ABŞ buna necə cavab verəcək? Burns “çox ciddi nəticələr olacaq” deməklə nəyi nəzərdə tutur? Görəsən, görüşdə Vaşinqton cavab həmləsini Rusiya tərəfinə açıq bildiribmi, yoxsa amerikanlar cavab həmləsini gizli saxlamaqla Rusiyanın hesablamalara getməsinə imkan vermək istəmirmi? Bu sualların cavabları maraqlıdır.
İstənilən halda, sanki ötən ilin payızından sonra nüvə silahı barədə müzakirələr ciddi şəkildə azaldı. Yəqin ki, tərəflər arasında bu məsələdə şifahi də olsa razılaşma əldə olunub. 
Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.226872